Qazaxda çətənə bitkilərinin kultivasiyasını təşkil edən qadın saxlanılıb

 09:06 26.07.2025     87

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, tədbir zamanı S. Qurbanova saxlanılıb.

Onun Xanlıqlar kəndi ərazisində yerləşən torpaq sahəsindən çətənə kolları aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən