İranda məhkəmə binasına silahlı hücum - YENİLƏNİB

 13:02 26.07.2025     148

İranda Ceyş əl-Ədl adlı silahlı qruplaşma ölkənin cənub-şərqində yerləşən Sistan-Bəluçistan vilayətindəki məhkəmə binasına hücum edib.

Redaktor.az xəbər verir ki, bununla bağlı İran KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 5 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürüb və bununla bağlı bəyanat yayıb.

12:10

***

Hücum nəticəsində ölən şəxslərin sayı 8-ə çatıb.


 

Vumart və Güvən reklamı Vumart Güvən