Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ÖLDÜ

 17:50 26.07.2025     99

Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb. 

Redaktor.az Report-a istinadən xəbər verir ki, rayonun Şıxlı kəndi ərazisində yerləşən su nasosu qurğusunda çalışan, 1969-cu il təvəllüdlü Q.Mikayılov iş başında vəfat edib. 

İlkin məlumata görə, o, infarkt keçirib.

Faktla bağlı araşdırma aparılır

Vumart və Güvən reklamı Vumart Güvən