Şuşadakı yanğının səbəbi AÇIQLANDI

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində baş verən yanğının səbəbləri polis əməkdaşları tərəfindən müəyyən olunub.
Redaktor.az xəbər verir ki, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətlərinin birgə məlumatına görə, yanğının səbəbi ərazidəki elektrik dirəyində yaranan qısaqapanma olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən dörd hektarlıq otlaq sahədə yanğın söndürülüb, yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.

