Goranboyda piyadanı maşın VURDU

 09:49 27.07.2025     371

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "Unikal"a istinadla xəbər verir ki, hadisə Goranboy-Tərtər avtomobil yolunun rayonun Yeniyol kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Ə.Mərdanovun idarə etdiyi "Mercedes" markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən piyada - Yeniyol kənd sakini, 1955-ci il təvəllüdlü N.Aslanovu vurub.

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən