Xəzərdə daha iki nəfər BATDI

Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil zolağında faciəvi hadisə baş verib.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, 16 yaşlı iki yeniyetmə dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşiblər.
Hadisə zamanı uşaqlardan biri çətinliklə sudan çıxmağı bacarıb. Digərinə isə kömək etmək istəyən bir şəxs öz həyatını riskə ataraq dənizə girib.
2009-cu il təvəllüdlü Əli Cabbarov, həm də ona kömək etməyə çalışan şəxs boğularaq həyatını itirib.
Onların axtarışları davam etdirilir.