Bilgəhdə də boğulan var

Bilgəhdə bir nəfər dənizdə boğulub.
Redaktor.az xəbər verir ki, hadisə "Şəbəkə" çimərliyi ərazisində baş verib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sözügedən ərazidə 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb:
"İyulun 27-də, saat 14:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bilgəh ərazisi, "Şəbəkə" çimərliyi ərazisində suda boğulma hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub. Daxil olan çağırış əsasında təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub. Hadisə yerində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb".