Ağsuda aptekdən oğurluq edən şəxs TUTULDU

Ağsu rayonunda yerləşən apteklərin birindən oğurluq edilib.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, gecə saatlarında obyektə daxil olan naməlum şəxs kassada olan pulu oğurlayıb.
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum edilmiş 21 yaşlı Murad Muradov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.