Xalq artistinin oğlu vəfat etdi

 09:49 29.07.2025     265

Mərhum Xalq artisti Həsən Məmmədovun oğlu Əvəz Məmmədov 57 yaşında dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Teybə Qəniyeva məlumat yayıb.

Ə. Məmmədovun hansı səbəbdən vəfat etdiyi bildirilməyib.

Onun bu gün Yasamal qəbiristanlığında dəfn olunacağı qeyd edilib.

Məlumata görə, Əvəz Məmmədov hüquq-mühafizə orqanlarında çalışıb.

Xatırladaq ki, Həsən Məmmədov 2003-cü ildə vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

Vumart və Güvən reklamı Vumart Güvən