Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verdi - ÖLƏN VAR

 10:31 29.07.2025     80

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, ölən var.

Redaktor.az ''Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Belə ki, avtoqəza zamanı "Kia" markalı minik avtomobilində olan 1992-ci il təvəllüdlü Günel Bəylər qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən