Atları çimərliyə salan şəxs məsuliyyətə cəlb edildi - VİDEO

 15:13 29.07.2025     106

Sabunçu rayonu, Pirşağı çimərliyində atların dənizə salınması görüntüləri ilə əlaqədar polis araşdırma aparıb.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, araşdırma nəticəsində atların ictimai çimərliyə əyləncə məqsədilə gətirildiyi məlum olub.

Həmin əməli törədən Kazım Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.

Vumart və Güvən reklamı Vumart Güvən