Gəncədə yeniyetmə qız 4-cü mərtəbədən yıxıldı

Gəncədə 17 yaşlı yeniyetmə qız 4-cü mərtəbədən yıxılıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü A.Paşayeva sözügedən ərazidə yerləşən binanın 4-cü mərtəbəsindən yerə düşüb.
Dərhal yeniyetmə qız xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.