Lerikdə 5 ton narkotik bitki məhv edildi

 16:17 29.07.2025     89

Lerikdə 21200 ədəd xaşxaş kolu məhv edilib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mistan kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 5300 kiloqram olan 21200 ədəd xaşxaş kolu yandırılaraq məhv edilib.

Vumart və Güvən reklamı Vumart Güvən