Xaçmazda motoblok piyadanı vuraraq ÖLDÜRDÜ

 09:22 30.07.2025     158

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonunun Çinartala kəndində baş verib.

Belə ki, Faiq Əhmədov idarə etdiyi motoblokla hərəkətdə olduğu zaman piyada Qəmər Əhmədovanı vurub, nəticədə o, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz RPŞ-nin İB-də cinayət işi başlanaraq istintaq aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən