Mingəçevir sakini Kürdə boğuldu

 10:57 30.07.2025     187

Mingəçevirdə Kür çayına yıxılan kişi boğularaq ölüb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, iyulun 29-u saat 23 radələrində Mingəçevir şəhərində 1969-cu il təvəllüdlü Fikrət Yusifov Kür çayına düşərək boğulub.

Onun meyiti sudan çıxarılaraq təhvil verilib.

Fakt araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən