Məhkəmədən bu müğənni ilə bağlı qərar

 14:19 30.07.2025     178

Həbsdə olan müğənni Dəniz Əsədovanın barəsindəki hökmdən verdiyi şikayətə baxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə ''Report''a vəkil, həmçinin iş üzrə xüsusi ittihamçı olan Asim Abbasov məlumat verib.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Dəniz Əsədovanın şikayəti təmin edilməyib və barəsində olan 7 ay azadlıqdan məhrumetmə cəzası qüvvədə qalıb.

Qeyd edək ki, vəkil onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yaydığı üçün müğənni Dəniz Əsədovanı məhkəməyə verib.

Vumart və Güvən reklamı Vumart Güvən