Şəkidə də dağlıq ərazidə yanğın başlayıb

 00:07 31.07.2025     127

Şəkidə bir sıra çöllük ərazilərdə yanğın hadisəsi qeydə alınıb.

Redaktor.az xəbər verir ki, iyulun 30-u günorta saatlarından rayonun Cumakənd kəndinin inzibati ərazisindəki dağlıq ərazidə, kol-kos, quru ot və biçilmiş taxıl sahələrində yanğın başlayıb.

Artıq 8 saatdır ki, ərazidə yanğın davam edir. Yanğının 100 hektardan çox ərazini əhatə etdiyi bildirilir.

Yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 50-dən çox şəxsi heyəti cəlb edilib.

Vumart və Güvən reklamı Vumart Güvən