İsmayıllıda gənc çayda batdı

 16:27 31.07.2025     127

İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.

Redaktor.az ''Report''a istinadən xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki 1999-cu il təvəllüdlü rayonun Qalacıq kənd sakini Qurbanov Faiq Qurban oğlu çayda çimmək istəyərkən qəfildən suda batıb.

Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, axtarışlar davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən