Şəkidə ötən gün başlayan yanğın söndürüldü

 23:30 31.07.2025     138

Şəkidə ötən gün dağlıq ərazidə başlayan yanğın söndürülüb.

Redaktor.az
APA-ya istinadla xəbər verir ki, iyulun 30-u günorta saatlarından başlayaraq rayonun Cumakənd kəndinin inzibati ərazisinin dağlıq hissəsində kol-kos, quru ot və biçilmiş taxıl sahələrindəki yanğın bu gün günorta saatlarında tam söndürülüb.

Yanğın nəticəsində 800 hektar sahədə kol-kos, quru ot və xırda ağaclar, 60 hektar sahədə isə biçilmiş taxıl sahəsi yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən