Cəlilabadda qəza - Ölən və yaralananlar var

 09:18 01.08.2025     152

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Redaktor.az  "Report"a istinadən xəbər verir ki, hadisə əsədli kəndində qeydə alınıb.

Belə ki, "QAZ-53" markalı yük avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən