Cəlilabadda qəza - Ölən və yaralananlar var

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə əsədli kəndində qeydə alınıb.
Belə ki, "QAZ-53" markalı yük avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.
Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.