Bakıda moped avtomobilə çırpıldı - Ölən var

Bakıda Zığ şossesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, Bakı şəhər sakini - 2002-ci il təvəllüdlü Toğrul Firudin oğlu İbrahimlinin idarə etdiyi moped hava limanı istiqamətində hərəkətdə olarkən "FORD" markalı avtomobillə toqquşub.
Mopedin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı polisi araşdırma aparır.