Yanğın təhlükəli karaoke klubun fəaliyyəti dayandırıldı

 10:41 01.08.2025     100

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ev 103 C ünvanında yerləşən “İcon-karaoke” klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

FHN əməkdaşları hesab ediblər ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Bununla bağlı olaraq Bakı şəhəri, Nərimanov rayonu, ev 103 C ünvanında yerləşən “İcon-karaoke” klubunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

2222222222222222
Vumart və Güvən reklamı Vumart Güvən