Polis əməkdaşı ambulans qəzasında ÖLDÜ - FOTO + VİDEO

Bu gün səhər saatlarında Hacıqabulda baş vermiş ağır qəzada polis əməkdaşı həyatını itirib.
Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralında yük avtomobili ilə toqqşan və daha sonra metal arakəsməyə çırpılan “Mercedes” markalı təcili tibbi yardım maşınında ölən şəxs polis baş serjantı Rəsul Qurbanlı olub.
Belə ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı olan R.Qurbanlı operativ nəqliyyat vasitəsi ilə Füzulidən Bakıya, xüsusi təyinatlı tibb müəssisəsinə gətirilən xəstəni müşayiət edirmiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.
