Mingəçevirdə piyadanı maşın vurub öldürdü

 22:52 01.08.2025     69

Avqustun 1-i axşam saatlarında Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, “Opel” markalı avtomobil qəfil yolun hərəkət hissəsinə çıxan təxminən 65-70 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsində araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən