Azyaşlıya qarşı əxlaqsız hərəkət edən kişi saxlanıldı - YENİLƏNİB

 18:27 02.08.2025     67

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs edilib.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür. Görüntülərdəki şəxs, Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı Mərdan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.

Fakta görə rayon polis şöbəsində cinayət işi başlanıb, M.Hüseynov həbs edilib.

Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***
Sosial şəbəkələrdə Sabirabadda kişinin azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb.

Redaktor.az xəbər verir ki,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məsələ ilə bağlı məlumat yayaraq həmin şəxsin saxlanıldığını bildirib.

“Sosial şəbəkələr və xəbər saytlarında yayılan görüntülərdəki şəxsin Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı M.Hüseynovun olduğu müəyyən edilərək dərhal rayon polis əməkdaşları tərəfindən saxlanılıb”.

O qeyd edib ki, faktla bağlı araşdırmalara başlanılıb və həmin şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün tədbirlər görülür.

Vumart və Güvən reklamı Vumart Güvən