48 yaşlı kişi meyiti aşkarlandı

 16:02 03.08.2025     61

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış komplekslərindən birində 48 yaşlı kişinin meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, 1977-ci il təvəllüdlü Vəliyev Amal Əliəşrəf oğlunun meyiti yaşadığı evdə aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müvafiq ekspertiza təyin olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən