Əri əsgərlikdə olan 20 yaşlı qadın itkin düşdü - YENİLƏNİB - VİDEO

Xəbər verdiyimiz kimi, Xəzər rayonunun Buzovna qəsəbəsində 20 yaşlı Şəfa Nüsrət qızı Bayrızadə itkin düşüb.
Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfillinin sözlərinə görə, Xəzər rayonu Buzovna qəsəbəsində yaşayan Ş.Bayrızadənin evdən xəbərsiz çıxaraq geri qayıtmaması barədə polisə məlumat daxil olub.
Həmin şəxs axtarışa verilib. İlkin axtarışlar nəticəsində polis onun şəxsi sosial şəbəkə hesabı vasitəsi ilə əlaqə saxlaya bilib. Ş.Bayrızadə könüllü olaraq evdən getdiyini bildirsə də olduğu yer barədə məlumat verməkdən imtina edib.
Hazırda həmin şəxsin yerinin müəyyən edilməsi və bu barədə yaxınlarına məlumat verilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir.
***
Xəzər rayonunun Buzovna qəsəbəsində 20 yaşlı Şəfa Nüsrət qızı Bayrızadə itkin düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə onun əmisi Ülfət Bayrıyev oxu.az-a məlumat verib.
O vurğulayıb ki, qardaşı qızı iyulun 28-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Əmisi, həmçinin bildirib ki, Şəfa Bayrızadənin bir övladı var və onun həyat yoldaşı hazırda hərbi xidmətdədir.
Onu görənlərdən bu nömrə ilə əlaqə saxlamaları xahiş olunur: 077 634 02 01.