Gədəbəydə yol qəzasında ölənlərin və yaralıların kimliyi BİLİNDİ - YENİLƏNİB

 20:24 03.08.2025     67

Gədəbəydə yol qəzasında ölənlərin və yaralıların kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, “KİA” markalı avtomobilin dərəyə aşması nəticəsində 1973-cü il təvəllüdlü Asəf Tapdıqov və 1991-ci il təvəllüdlü Azadə Məmmədova hadisə yerində aldıqları xəsarətdən dünyasını dəyişiblər.

Ağır yol-nəqliyyat hadisəsi zamanı 1990-ci il təvəllüdlü Vüsal Məmmədov, 2021-ci il təvəllüdlü R.M və 2020-ci il təvəllüdlü A.M müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Gədəbəydə avtomobil aşıb, ölənlər və yaralananlar var.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.

Avtomobilin aşması nəticəsində 2 nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən