Şəhid qardaşı kanalda boğuldu - FOTO

Tərtərdə kanalda boğularaq ölən şəxsin kimliyi məlum olub.
Redaktor.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, o, Bərdə rayon Körpüqıran kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğludur.
Əldə etdiyimiz məlumata görə, Natiq Hüseynovun kiçik qardaşı Adil Hüseynov Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.
Onlar ailədə 2 qardaş olub. Böyük qardaş Natiq isə bu gün Tərtər kanalında faciəvi şəkildə həlak olub.