8 yaşlı qızın bədənini anası siqaretlə YANDIRIB? - VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində 8 yaşlı uşağa anası tərəfindən işgəncə verildiyi iddia olunub.
Redaktor.az Xəzər TV-yə istinadən məlumat verir ki, belə bir iddia ilə sosial şəbəkə istifadəçilərindən biri çıxış edib.
Qeyd olunub ki, uşağın bədənində işgəncə izləri var.
Məsələ ilə bağlı uşağın anası Fatimə Mahmudova danışıb. O bildirib ki, sosial şəbəkədə övladı ilə bağlı edilən paylaşım həqiqəti əks etdirmir.
Ətraflı süjetdə: