Azərbaycanda turistlər qəzaya düşdü - Yaralılar var

Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıblar.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.
Belə ki, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub.
Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.
Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib.
Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.