İtkin düşmüş 20 yaşlı qadın tapılsa da ailəsinə qayıtmaq istəmədi

 21:11 04.08.2025     109

Xəzər rayonunun Buzovna qəsəbəsində itkin düşən 20 yaşlı Şəfa Nüsrət qızı Bayrızadə tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-a onun əmisi Ülfət Bayrıyev məlumat verib.

O bildirib ki, Şəfa Bayrıyeva hazırda polis bölməsindədir və müvafiq danışıqlardan sonra evə gətiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirmişdi ki, Şəfa Bayrıyeva könüllü şəkildə evdən gedib.

Onunla profilaktik söhbət aparılsa da, ailəsinin yanına dönməkdən imtina etdiyini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən