Ağcabədidə 14 kiloqram marixuana və həşiş aşkarlandı

 12:18 05.08.2025     61

Ağcabədidə 10 kiloqrama yaxın marixuana və 4 kilqoramdan artıq həșiş aşkarlanıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mərbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı rayon sakinləri Babək Ələkbərov, Samir Qədirov və qardaşı Ceyhun Qədirov qeyd edilən cinayət əməlində şübhəli bilindikləri üçün saxlanılıblar.

Onlardan 10 kiloqrama yaxın marixuana və 4 kilqoramdan artıq həșiş aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

Vumart və Güvən reklamı Vumart Güvən