Oğuzda balta ilə insanlara hücum edən ruhi xəstə saxlanıldı

 16:01 05.08.2025     48

Oğuzda kənd sakinlərinə balta ilə hücum edən Padar kənd sakini Ruslan Səmədov saxlanılıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

R.Səmədov saxlanılıb, onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ruslan Səmədov əvvəllər də dəfələrlə xəstəxanada stasionar müalicə alıb. Vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb. Həmçinin o, 2010-cu ildə Münəvvər Zakirovanı balta ilə qəddarlıqla öldürüb və azadlıqdan məhrum edilib.

Vumart və Güvən reklamı Vumart Güvən