Yeniyetmə qız hündürlükdən yıxılıb ÖLDÜ

 01:45 06.08.2025     48

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Gülbahar Nuhəli qızı Nuri binanın yüksək mərtəbəsindən yıxılaraq həyatını itirib.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən