Ötən ay 3 nəfər zəhərlənərək ölüb

İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.
Redaktor.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Şöbəyə qəbul edilən xəstələrdən 39 nəfər dərmandan, 47-si sirkə turşusundan, 4-ü həlledici məhluldan zəhərlənən şəxslərdir.
Həmçinin 3 nəfər allergik reaksiya, 3 nəfər botulizm, 2 nəfər göbələk zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.