Bakıda dəhşətli qəza - Ölən və yaralananlar var - FOTO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, avqustun 6-da saat 17:30 radələrində paytaxtın Xəzər rayonunun Qala qəsəbəsi ərazisində “Ford” və “Range Rover” markalı avtomobillər toqquşub.
Redaktor.az xəbər verir ki, nəticədə “Ford” markalı avtomobilin sərnişini 1994-cü il təvəllüdlü Göyüşlü Ləman Elçin qızı hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb.
Araşdırma aparılır (qafqazinfo.az).