Yaşadığı yeri bəyənmədi - Bütün məhəlləni YANDIRDI - VİDEO

Binə qəsəbəsi südçülük savxozu sakininin öz evinə bilərəkdən od vurması nəticəsində digər qonşuların da evləri alovlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Barometr TV-nin reportajında qeyd olunub.
Bildirilir ki, hadisəni törədən Ənvər adlı şəxs sərxoş vəziyyətdə olub.
Vəziyyətdən şikayətçi olan qonşulardan birinin sözlərinə görə, evini yandıran şəxs əməlini yaşadığı yeri bəyənməməsi ilə əlaqələndirib:
“Deyib ki, 200 minlik evimi satıb, 20 minlik evi alıb, məni bura qoyublar. Bu evdən xoşum gəlmir, yandırıram. Dəmir qapını da içəridən bağlayıb. Oğlumgil daş baltası ilə qapını sındırıb, kişi çölə çıxarıblar. Onu evindən çıxarınca yanğın bizim evə də keçdi. Evdə 2 körpə nəvəm vardı, uşaqları götürüb, evdən güclə çıxdıq”.
Digər zərərçəkən qonşunun sözlərinə görə, bacısı da hadisə yerinə gəlib, qardaşının yandırdığı ilk belə ev olmadığını bildirib:
“Bacısı dünən gəlib dedi ki, biz bir köpük də ödəməyəcəyik. Gedin, şikayət edin, dövlət baxacaq, pulunu da dövlət ödəyəcək”.
Ətraflı videoda: