Ağstafada maşın piyadanı vuraraq öldürdü

Ağstafada maşın piyadanı vurub.
Redaktor.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Murtuz Abbasov “Kia Sorento” markalı avtomobil ilə piyada 1995-ci il təvəllüdlü Rüfanə Tağıyevanı vurub.
Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Ağstafa RPŞ-nin İstintaq Bölməsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.