Suqovuşanda meşə YANIR - Ərazidə minalar PARTLAYIR - VİDEO

Ağdərə rayonunda meşədə yanğın başlayıb.
Redaktor.az xəbər verir ki, yanğın hadisəsi Suqovuşan kəndi ərazisindəki meşədə baş verib. Yanğın zamanı meşə ərazisində mina partlayışları da olub.
Yanğının söndürülməsinə əlavə qüvvələr cəlb edilib.
Belə ki, yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağdərə, Naftalan və Tərtər rayonunun yanğınsöndürmə briqadaları cəlb edilib.
Hazırda yanğının qarşısının alınması ilə bağlı işlər davam etdirilir.