Şəmkirdə narkokuryerlik edən şəxs SAXLANILDI

 10:02 08.08.2025     59

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən Şöhrət Mahmudovu saxlanılıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, DİN-dən verilən məlumata görə, ondan 10 kiloqram narkotik vasitə marixuana, 1 kq tiryək aşkar edilərək götürülüb.

Saxlanılan şəxs qazanc əldə etmək məqsədi ilə narkokuryerlik etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən