Sərxoş vəziyyətdə avtobus sürdü - Həbs edildi

Ekoloji nəzarət postunda “Hyundai” markalı, 48-AC-144 dövlət qeydiyyat nişanlı avtobus nəzarət qaydasında saxlanılıb.
Redaktor.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən Abşeron rayonu sakini İsrafil Quliyevin alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yaranıb.
Sürücünün tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə nəticəsində onun sərxoş vəziyyətdə olduğu təsdiqlənib.
Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Quliyev sürücülük hüququ məhdudlaşdırılmaqla 15 sutka müddətində inzibati qaydada həbs edilib.