Göyçayda zəlzələ oldu

 11:30 09.08.2025     70

İsmayıllı stansiyasından 35 km cənub-qərbdə Göyçay rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Redaktor.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 11:03-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4, dərinliyi 16 km olub.

Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.

Vumart və Güvən reklamı Vumart Güvən