Gəncədə iki nəfər bıçaqlandı

 23:10 09.08.2025     73

Gəncədə iki nəfər bıçaqlanıb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Gülüstan qəsəbəsində  baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Emin Məmmədov və 2001-ci il təvəllüdlü Röyal Rüstəmov bıçaqlanıb.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. 

Hadisənin təfərrüatları araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən