Ağdamın ardınca bu rayonda da yanğın BAŞLADI

 01:23 10.08.2025     115

Azərbaycanın işğaldan azad edilən daha bir rayonunda şiddətli yanğın başlayıb.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, Xocavənd rayonun Çörəkli kəndi ərazisindəki meşə massivi yanır.

Alovun geniş əraziyə yayıldığı müşahidə olunur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və texnikaları cəlb edilib.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, Ağdam rayonu ərazisində də güclü yanğın başlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən