Axtarışda olan Azərbaycan vətəndaşı bu ölkədə SAXLANILDI

 14:33 10.08.2025     54

Gürcüstanın Kvemo Kartli Polis İdarəsinin Marneuli rayon şöbəsinin əməkdaşları tərəfindən İnterpol xətti ilə qırmızı vərəqə ilə axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü R.A saxlanılıb.

Redaktor.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, saxlanılan şəxs mütəşəkkil dəstəyə üzv olmaqda və sağlamlığa zərər vurmaqda ittiham olunaraq 2013-cü ildən Azərbaycan Respublikası tərəfindən axtarışdadır.

Qeyd edilir ki, hazırda saxlanılan şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada ekstradisiyadan əvvəlki prosedurlar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən