Qaxa dincəlməyə gedən kürdəmirli öldü

 23:30 10.08.2025     172

Qaxa istirahətə gedən Kürdəmir sakini ölüb.

Redaktor.az xəbər verir ki, Kürdəmir sakini, 1971-ci il təvəllüdlü Kərimov Namiq Əliabbas oğlu Qaxın Ağçay kəndində hovuzunda çimərkən anidən halı pisləşib.

O, Təcili Tibbi Yardım avtomobili ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən