Hacıqabulda traktorla minik avtomobili toqquşdu

 09:00 11.08.2025     60

Hacıqabul rayonunda traktorla minik avtomobili toqquşub.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə Abdulabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, “QAZ-31” markalı avtomobillə traktor toqquşub.

Qəza nəticəsində Abdulabad kənd sakinləri; 1984-cü il təvəllüdlü Qasımov Elnur Sakit oğlu, 1993-cü il təvəllüdlü Babayev Bayram Müslüm oğlu və 2016-cı il təvəllüdlü Babayev Müslüm Bayram oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən