Bu marketdə saxta araqlar satılırmış

Daxil olan müraciət əsasında Biləsuvar rayonunun Səmədabad kəndində fəaliyyət göstərən Əkrəm Turabxan oğlu Turabova məxsus “Turabov” marketdə plandankənar yoxlama aparılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Redaktor.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə 5 ədəd 250 millilitrlik “Naturel organic vodka” əmtəə nişanlı araq məhsulunun, həmçinin 3 ədəd 1 litrlik və 2 ədəd 0,5 litrlik “Belaya organic vodka” əmtəə nişanlı araq məhsulunun üzərində qeyd edilən VÖEN-in müəyyən edilməməsi faktı aşkarlanıb.
Eyni zamanda, 2 ədəd 2 litrlik “Vip BAKU organic vodka” əmtəə nişanlı araq məhsulunun üzərində istehsalçısı, istehsal tarixi və ünvanı barədə məlumatların yazılmadığı məlum olub.
Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutununa təqdim edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, uyğunsuzluq aşkarlanmış qida məhsullarının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.